İspaniya La Liqasında cari mövsümün başa çatmasına 2 tur qalıb.
Fanat.Az xəbər verir ki, "Sevilya"nın baş məşqçisi Yulen Lopetegi mövsümü yaxşı başa vurmağa çalışacaqlarını bildirib.
"Marca" nəşri 55 yaşlı mütəxəssisin dediklərini belə çatdırıb:
"Mövsümü yaxşı başa çatdırmaq üçün özümüzə inanıb işimizə davam etməliyik. Əminəm ki, futbolçularım bunu daha yaxşı başa düşürlər".
Qeyd edək ki, 66 xalı olan "Sevilya" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Emin