1957-ci ilin bu günü Təl-Əviv "Hapoel"inin tarixinə qeyri-adiliyi ilə həkk olunub.
Fanat.Az xəbər verir ki, həmin il İsrail dövlətinin yaranmasının doqquzuncu ildönümü münasibəti ilə ABŞ-a səfər edən oyunçulardan hansı tanınmış amerikalı ilə görüşmək istədikləri soruşulub. Onlar tərəddüd etmədən "Bruklin Dodcers" klubu ilə qarşılaşmağı, və Merilin Monronu görmək istədiklərini bildiriblər.
Şübhəsiz, Merlin Monro ilə görüşün baş tutması olduqca fantastik və qeyri-mümkün sayılırdı. Amma sonda futbolçuların istəyi gerçəkləşmişdi...
Belə ki, 12 may 1957-ci ildə ABŞ-da baş tutan "Hapoel" - "USA Stars" oyununun açılışını məhz Merlin Monro etmişdi.
Açılış toxunuşu olaraq Monro topu zərbə ilə "United Press"in fotoqrafı Joel Landaunun üzünə vurmuşdu. Hollivud ulduzu daha sonra bunu belə xatırlayırdı: "Həyatda futbol topuna bir zərbə endirdim, o da fotoqrafın sifətinə tuş gəldi"
Həmin tarixi oyundan olan şəkilləri təqdim edirik:
Emin