İngiltərə Premyer Liqasının lideri "Mançester Siti" məhsuldar mövsüm keçirir.
Fanat.Az xəbər verir ki, "şəhərlilər" yeni rekord müəyyənləşdirib.
Belə ki, Pep Quardiolanın yetirmələri ardıcıl beş matçda ən azı üç top fərqi ilə qalib gəlib. Bu, Premyer Liqada mütləq rekorddur. Əvvəllər İngiltərənin elit liqasında yer alan komandaların heç biri belə nəticəyə imza atmayıb.
"Mançester Siti"nin son 5 liqa oyunu:
"Mançester Siti" - ""Brayton" 3:0
"Mançester Siti" "Uotford" 5:1
"Lids" - "Mançester Siti" 0:4
"Mançester Siti" - "Nyukasl" 5:0
"Vulverhempton" - "Mançester Siti" 1:5