"Real"ın hücumçusu Kərim Benzema Madrid klubunda vurduğu qol sayına görə Raula çatıb.
Fanat.Az xəbər verir ki, La Liqanın 36-cı turu çərçivəsində "Levante"ni 6:0 hesabı ilə məğlub edən İspaniya nəhənginin forvardı bu görüşdə 1 qol vurub.
Beləliklə, fransız "Real"da vurduğu qolların sayını 323-ə çatdırıb. Benzema ilə Raul ən yaxşı bombardirlərin siyahısında iki-üçüncü yerləri bölüşürlər. Kriştianu Ronaldu qol sayına görə liderdir (450).
Benzema bu mövsüm "Real Madrid"in heyətində 44 oyuna çıxıb, 44 qol vurub, 15 məhsuldar ötürmə edib.
Onun paytaxt klubu ilə olan müqaviləsinin müddəti 30 iyun 2023-cü ilə qədərdir. Fransalı futbolçu 11 ildir ki, "Real"da çıxış edir.
Mirağa