"Liverpul"un müdafiəçisi Vircil van Deyk "FA" Kuboku haqqında öz fikirlərini mətbuata açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Liverpool Echo" 30 yaşlı Niderlandlı futbolçunun dediklərini belə çatdırıb:
"Liverpul ölkə kuboku qazanmasından uzun müddət ötüb. Bu xüsusi bir yarışdır. Təəssüf ki, son bir neçə ildə müxtəlif səbəblərdən finala yaxınlaşmaq üçün kifayət qədər iş görə bilmədik. Amma indi biz finaldayıq və onu özümüz üçün əlamətdar etmək istəyirik. Finalın nə qədər çətin olacağını bilirik".
Xatırladaq ki, İngiltərə kubokunun finalında "Liverpul" "Çelsi" ilə qarşılaşacaq.
Emin