"Atletiko Madrid"in hücumçusu Antuan Qrizmann bu yay komandadan ayrıla bilər.
Fanat.Az xəbər verir ki, bu barədə COPE saytı məlumat yayıb.
Mənbənin sözlərinə görə, klub rəhbərliyi hüquqları "Barselona"ya məxsus olan fransalı futbolçunun müqavilə müddətini uzatmaya bilər. Rəhbərlik artıq hücumçuya planları barədə məlumat verib. Antuan Dieqo Simeonenin komandasında ən çox maaş alan futbolçulardan biridir, ona görə də onun gedişi "Atletiko"nun xərclərini xeyli azalda bilər.
Emin