"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti hücumçu Kərim Benzemanın oyunu haqda fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, "The Sun" 62 yaşlı mütəxəssisin dediklərini belə çatdırıb:
“Benzemanı sadəcə mərkəz hücumçusu adlandırmaq mənim üçün çətindir, çünki o, fantastik futbolçudur. Kərim təkcə bombardir deyil, həm də məhsuldar ötürmələr edir, oyunun qurulmasında iştirakı danılmazdır.
O, ən yaxşı oyunçudur və mən hesab edirəm ki, hazırda o, dünyanın ən yaxşısıdır. Hesab edirəm ki, Ronaldonun gedişindən sonra Kərim komandanın liderinə çevrilib, çünki o vaxt Kriştianunun üzərinə daha çox məsuliyyət düşürdü. İndi isə o, təkdir və komandanı arxasıyca daşıyır".
Xatırladaq ki, La Liqada Benzemanın aktivində 27 qol və 12 məhsuldar ötürmə var.
Emin