"Liverpul" finalda "Çelsi"ni (0:0, pen. 6:5) məğlub edərək İngiltərə Kubokunun qalibi olub.
Fanat.Az xəbər verir ki, "mersisaydlılar"in baş məşqçisi Yürgen Klopp qələbəni şərh edib:
"İnanılmaz matç idi. Çox xoşbəxtəm. Fərq minimal idi. "Çelsi" qalib gələ bilərdi. Bizə penaltilərdə məğlub olan rəqiblərə yazığım gəlir. Biz canavarıq. Amma qarşımızda da mavi formada olan canavarlar vardı. Hər şey bir penalti ilə həll olundu. Kimsə qalib gəlməli idi. Nə yaxşı ki, biz qalib gəldik”.
Qeyd edək ki, “Liverpul” tarixində 8 dəfə İngiltərə kubokunu qazanıb.
Röya