"Liverpul"un futbolçusu Cordan Henderson İngiltərə klubunun tarixinə düşüb.
Fanat.Az-ın məlumatına görə, 32 yaşlı yarımmüdafiəçi mersisaydlıların formasıyla 6 fərqli titul qazanan ilk kapitan olub.
"Qırmızılar" son olaraq İngiltərə Kubokunun finalında "Çelsi"ni əsas və əlavə vaxtı qolsuz başa çatan görüşün penaltilər seriyasında 6:5 hesabı ilə üstələyib.
Qeyd edək ki, Henderson daha əvvəl "Liverpul"la İngiltərə Premyer Liqasını, UEFA Çempionlar Liqasını, UEFA Super Kubokunu, İngiltərə Liqa Kubokunu və klublararası dünya çempionatını qazanıb.
Nihat