"Yuventus"un hücumçusu Paulo Dibala sosial şəbəkə hesablarında "qoca sinyora" ilə vidalaşıb.
Fanat.Az xəbər verir ki, mövsümün sonunda Turin klubunu tərk edəcək argentinalı hücumçu ürək sözlərini belə çatdırıb:
"Vida üçün söz seçmək çətindir. Bir yerdə o qədər xatirələrimiz var ki... "Yuventus"da daha çox qalmaq istəyərdim. Ancaq tale yollarımızı ayırır. Hər oyunu, hər qolu xatırlayacağam. Bu klubla böyümüş, gələcəklə bağlı xəyallarar qurmuşam. 7 möhtəşəm il, 12 mükafat və 115 qol yaddaşımdan silinməyəcək. Heç vaxt!
İlk mövsümdən son mövsümə qədər məni dəstəkləyən hər kəsə təşəkkür edirəm. Bu böyük klubun geyimində meydana çıxmaq, üstəlik kapitan sarğısını daşımaq mənim üçün şərəf idi. Bunu gələcəkdə övladlarıma, nəvələrimə danışa bilərəm. Sabah bu futbolka ilə son oyunumu keçirməliyəm. Mənim üçün asan olmayacaq. Amma "Yuventus" hər şeyimi verdiyimi bildiyim üçün meydana təbəssüm və qürurla çıxacağam".
Nihat