PSJ-nin hücumçusu Kilian Mbappe Liqa 1-də mövsümün ən yaxşı futbolçusu seçilib.
Fanat.Az xəbər verir ki, Kilian "Monako"dan Vissam Ben-Yedderi, "Olimpik Marsel"dən Dimitri Payeti, "Olimpik Lion"dan Lukas Paketi, "Renn"dən Marten Teryeri qabaqlayıb.
Fransa çempionatında mövsümün ən yaxşı qapıçısı PSJ-nin italiyalı qolkiperi Canluici Donnarumma, ən yaxşı məşqçisi isə "Renn"in çalışdırıcısı Bruno Jenezio olub.
Nihat