"Real Madrid"in hücumçusu Kərim Benzema ölkə xaricində bu mövsümün ən yaxşı fransız futbolçusu seçilib.
Fanat.Az xəbər verir ki, o, növbəti arzusunun "Qızıl top"u almaq olduğunu etiraf edib:
“Mən çox xoşbəxtəm. "Qızıl top"? Bu mükafatı qazanmaq çətindir, çox yaxşı oyunçular var. Bəli, arzuladığım formadayam. Statistika mənim üçün ən vacib şey deyil. Komandanın qol vurmasına kömək etməyə çalışıram.
Təbii ki, “Qızıl top”u arzulayıram, amma komandanın maraqlarını öz maraqlarımdan üstün tutsam, onu əldə edəcəm”.
Qeyd edək ki, Benzema bu mövsüm "Real"ın heyətində 27-si La Liqada olmaqla, ümumilikdə 44 qol vurub.
Mirağa