"Mançester Siti"nin baş məşqçisi Pep Quardiola Premyer Liqanın 37-ci turunda "Vest Hem"lə heç-heçə (2:2) bitən oyunu şərh edib.
Fanat.Az xəbər verir ki, ispaniyalı mütəxəssis çempionluq yarışı ilə bağlı gözləntilərini bölüşüb:
"Evdə çempion olmaq üçün əla fürsətimiz var. Mersisaydlılarla oyunda "Sauthempton"a nə arzulayıram? "Liverpul"u 4:0 hesabı ilə məğlub etməyi (gülür).
Hər şey özümüzdən asılıdır. Özümüzdən başqa heç nəyə baxmamalıyıq. Sadəcə, bütün gücümüzü qoymalıyıq.
Futbolçulara dedim ki, bu günkü nəticəyə görə əsəbiləşməyin, çünki biz həqiqətən yaxşı oyun nümayiş etdirdik".
Qeyd edək ki, "Liverpul" "Mançester Siti"dən 4 xal geri qalır, lakin Premyer Liqada mövsümünün bitməsinə 1 tur qalmış mersisaydlılar bir oyun az keçirib.
Mirağa