"Milan"ın ulduz futbolçusu Zlatan İbrahimoviç klubun avtobusunun şüşəsini sındırıb.
Fanat.Az xəbər verir ki, hadisə çempionatın 37-ci turunda "Atalanta" ilə ev oyunundan əvvəl baş verib.
“Milan”ın 40 yaşlı hücumçusu onları qarşılayan azarkeşləri görərək atmosferi daha da yüksəltmək istəyib və avtobusun ön şüşəsini döyməyə başlayıb. Beləliklə, şüşə qırılıb.
Zlatan "Bruce Banner" @Ibra_official
— Simone Cristao (@SimoneCristao) May 15, 2022
Rompe il vetro del pullmann con un paio di manate 😂pic.twitter.com/5ZjWCLzZVn
Qeyd edək ki, qarşılaşma "Milan"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komanda sona bir tur qalmış 83 xalla liderdir. İkinci sıradakı "İnter"in 81 xalı var.
Mirağa