Keçən gecə "Fənərbağça" və "Trabzonspor" azarkeşləri arasında dava düşüb.
Fanat.Az İHA-ya istinadən xəbər verir ki, İstanbulda oynanılan "Trabzonspor" - "Altay" matçından qayıdan çempionun tərəfdarları ilə "Karagümrük"lə oyundan dönən "sarı bülbüllər"in fanatları metroda qarşılaşıblar.
Metronun Söyütlüçeşme-Marmaray stansiyasında qarşılaşan tərəflərin mübahisəsi sonradan əlbəyaxa davaya çevrilib. "Trabzonspor"lu 3 azarkeş stansiyanın istifadə olunmayan ərazisinə keçərək qaçmaqla xilas ola biliblər.
Həmin anlar vətəndaşlar tərəfindən mobil telefonunun kamerasına həkk olunub:
Mirağa