Niderlandın "Vitess" klubunun keçmiş futbolçusu Murad Lamrabatte faciəli şəkildə dünyasını dəyişib.
Fanat.Az "Yahoo Sports"a istinadən xəbər verir ki, dəhşətli hadisə Mayorka yaxınlığındakı Santa Ponsa kurortunun yaxınlığında yaşanıb.
Ailəsi ilə birlikdə tətildə olan 31 yaşlı futbolçu 30 metrlik qayadan suya tullanarkən həyatını itirib. Suya uğursuz şəkildə tullanan və huşunu itirən keçmiş "Vitess"li daha sonra boğulub.
Lamrabattanın ölümünü həyat yoldaşı anbaan lentə alıb. Qadın şokda olduğu üçün polis hələ də onu dindirə bilməyib. Futbolçunun cəsədi qayıq və helikopter vasitəsilə axtarılır.
Qeyd edək ki, Lamrabatte 2010/11 mövsümündə "Vitess"in gənclər komandasında çıxış edib və U-23 liqasında Niderland Kubokunu qazanıb.
Mirağa