"Mançester Yunayted"in yeni baş məşqçisi Erik ten Haq "Ayaks"da rəhbərliyi altında oynamış Yurrien Timberin İngiltərə klubuna mümkün transferindən danışıb.
Fanat.Az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano mütəxəssisin söylədiklərini şəxsi "Twitter" hesabı üzərindən ictimaiyyətə çatdırıb:
"Məncə, Timberin çıxışını bütün top-klublar izləyir. Antoni? Braziliyalı vinger getsə, bu, "Ayaks" üçün çox ciddi zərbə olar. İndiki heyətdə onu layiqincə əvəzləyə biləcək futbolçu yoxdur".
Qeyd edək ki, 20 yaşlı Timber bu mövsüm Amsterdam klubunun formasıyla 43 matça çıxıb. Arxa xətt oyunçusu bu görüşlərdə 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat