“Mançester Yunayted”in sabiq müdafiəçisi Rio Ferdinand əmindir ki, Kriştianu Ronaldu "qırmızı şeytanlar"ın heyətində qalacaq.
Fanat.Az xəbər verir ki, "Sky Sports" Ferdinandın dediklərini belə çatdırıb:
“Mən 100 faiz əminəm ki, Kriştianu “Mançester Yunayted”də qalacaq.
Onun burada qoyduğu miras gözlənildiyindən fərqli olacaq. Kriştianu klubda gənc oyunçular üçün böyük örnəkdir. Portuqaliyalı ulduz MY-də futbol mentalitetinin formalaşmasına kömək edəcək.
Bu, onun fədakarlığı, çalışqanlığı və xarakteridir. Açıqlamasından da görünür ki, məşqçinin uğur qazanmasını istəyir. Onun bir az zamana ehtiyacı var".
Emin