PSJ və "Çelsi"nin ötən yaydan bəri etdiyi cəhdlərə baxmayaraq, "Bayern Münhen"in futbolçusu Robert Levandovskinin hədəfi "Barselona"dır.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano şəxsi "Twitter" hesabı üzərindən yayıb.
Xəbərə görə, polşalı hücumçunun agenti Pini Zahavi də "Barsa"ya üstünlük verir və 3 illik müqavilə demək olar ki, hazırdır. Mənbə bu transferin reallaşmaq ehtimalının yüksək olduğunu vurğulayıb.
Emin