"Real Madrid"in yarımmüdafiəçiləri - Marko Asensio və Dani Sebalyos bu yay klubu tərk edə bilərlər.
Fanat.Az xəbər verir ki, informasiyanı ABC yayıb.
Madrid təmsilçisinin hər iki oyunçu ilə müqavilə yeniləməyi planlaşdırdığı, razılıq əldə olunmayacağı halda, sözügedən futbolçuların bu yay satılacağı bildirlib.
Asensio və Sebalyosun "Real"la olan müqavilələrinin müddəti 2023-cü ilin yayına qədərdir.
Nihat