"Brentford" klubunun yarımmüdafiəçisi Kristian Eriksen gələcəyi ilə bağlı fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, "Viaplay" 30 yaşlı futbolçunun dediklərini belə çatdırıb:
"Mənim müxtəlif təkliflərim, variantlarım var ki, biz onları nəzərdən keçiririk və sonda qərar verəcəyik.
Yenidən Çempionlar Liqasında oynamaq istərdim. Mən bunun nə dərəcədə maraqlı olduğunu bilirəm, amma bu mənim üçün elə də vacib deyil".
Emin