"Layptsiq"in yarımmüdafiəçisi Kristofer Nkunku gələcək planlarından danışıb.
Fanat.Az xəbər verir ki, "L'Equipe" fransalı yarımmüdafiəçinin söylədiklərini belə çatdırıb:
“Mövsümöncəsi hazırlıq ərəfəsində özümü "Layptsiq"də görürəm. Dünya çempionatı klubda qalmağıma səbəb ola bilərmi? Təbii ki, bu arqumenti nəzərə alacağam. İndi mənim fikirlərim yalnız "Layptsiq"lə bağlıdır”.
Qeyd edək ki, Nkunkunun xidmətində "Çelsi", "Milan", "Mançester Yunayted" və "Barselona" da maraqlıdır.
24 yaşlı yarımmüdafiəçinin Bundesliqa təmsilçisi ilə hazırkı müqaviləsi 2024-cü ilə qədərdir. Nkunku bu mövsüm 34 oyunda meydana çıxıb, 20 qol vurub və 15 məhsuldar ötürmə edib.
Mirağa