"Bayern Münhen"dən ayrılmağı planlaşdıran ulduz futbolçu Robert Levandovski "Barselona"ya keçəcək.
Fanat.Az xəbər verir ki, bu barədə italyan jurnalist Nikolo Skira məlumat yayıb.
Onun sözlərinə görə, polşalı hücumçu artıq Kataloniya klubu razılaşıb. Onunla 3 illik müqavilə imzalanacaq. Ancaq forvardın "Barselona"da nə qədər qazanacağı bəlli deyil.
Qeyd edək ki, Polşa millisinin baş məşqçisi Çeslav Mixneviç Levandovskinin "Bayern Münhen"dən gedəcəyini açıqlamış və futbolçunu "Barselona"da görmək istdəyini bildirmişdi.
Röya