"Liverpul"un hücumçusu Sadio Mane karyerasını Fransada davam etdirə bilər.
Fanat.Az "Bild" nəşrinə istinadən xəbər verir ki, PSJ onu heyətinə qatmaq istəyən klubların ən iddialısıdır.
Mənbə seneqallı futbolçunun məhz Paris təmsilçisindən aldığı yüksək əməkhaqqı təklifinə görə klubu ilə müqavilə yeniləməyə tərəddüd etdiyini vurğulayıb.
Mane "Liverpul"a 2016-cı ildə "Sauthempton"dan keçib. Bu mövsüm mersisaydlıların formasıyla bütün turnirlərdə 49 matça çıxan 30 yaşlı oyunçu 22 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 80 milyon avro ilə dəyərləndirir.
Nihat