"Çelsi"nin baş məşqçisi Tomas Tuxel İngiltərə Premyer Liqasındakı rəqabət barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, "Daily Mail" alman çalışdırıcının söylədiklərini belə çatdırıb:
"Ümid edirəm ki, yekunda üçüncü yeri tutacağıq. Bu baş versə, bizim üçün uğur sayılar. Biz dünyanın ən güclü liqasında ilk "üçlük"də addımlayırıq və ola bilsin ki, İPL tarixinin ən güclü komandaları - "Mançester Siti" və "Liverpul"la rəqabət aparırıq.
Narahatlıq üçün heç bir əsasımız yoxdur. Çatmaq istədiyimiz hədəflərimiz var. Düşünürəm ki, bu mövsüm özümüzü yaxşı tərəfdən göstərməyi bacarmışıq. Həyəcan keçirməyə dəyməz".
Qeyd edək ki, hazırda turnir cədvəlində 3-cü pillədə qərarlaşan "Çelsi" çempionluq mübarizəsindən qopub. "Zadəganlar"ın 70 xalı var.
Nihat