"Mançester Yunayted" rəhbərliyi yeni baş məşqçi Erik ten Haqın yay transferləri üçün istədiyi məbləği ayırmağa qərar verib.
Fanat.Az-ın "De Telegraaf"a istinadən məlumatına görə, İngiltərə klubu bu yay transferlərə 140 milyon avro xərcləməyə hazırdır.
Niderlandlı mütəxəssisin "Ayaks"da rəhbərliyi altında çıxış etmiş müdafiəçi Jüryen Timber və hücumçu Antonini, həmçinin "Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonqu sərəncamında görmək istədiyi bildirilir.
“Mançester Yunayted” hazırda Premyer Liqanın turnir cədvəlində altıncı yerdədir. 37 turdan sonra "qırmızı şeytanlar"ın aktivində 58 xal var.
Mirağa