Dünən İngiltərə Premyer Liqasının 33-cü turunun təxirə salınmış oyununda "Everton" "Kristal Pelas"ı qəbul edib. Oyun meydan sahiblərinin əzmkar qələbəsi ilə yekunlaşıb - 3:2.
Fanat.Az xəbər verir ki, "Everton"un oyunda geridönüş edərək 3 xal qazanması azarkeşlərin meydana axışmasına səbəb olub.
Sevinən "Everon" tərəfdarlarından biri "Kristal Pelas"ın baş məşqçisi Patrik Vieyranı təhqir edib. 45 yaşlı mütəxəssis isə bunu cavabsız qoymayıb . O, dərhal geri çevrilərək həmin fanata təpiklə möhkəm zərbə endirib.
Həmin epizodun videogörüntüsünü təqdim edirik:
👀 Crystal Palace Teknik Direktörü Patrick Vieira, sahaya giren Everton taraftarlarından biri tarafından taciz edilmesi sonrası taraftara tekme attı. pic.twitter.com/VO7WfbXje7
— Fotomaç TV (@fotomac_tv) May 20, 2022
Emin