Futbol üzrə İtaliya A Seriyasında mövsüm yekunlaşıb.
Fanat.Az xəbər verir ki, bazar günü 38-ci turun son oyunları keçirilib.
Lider “Milan” səfərdə “Sassuolo”nu darmadağın edərək İtaliya çempionu olub.
Əzəli rəqibinin rəqib meydanında büdrəməsinə ümid edən “İnter” evdə “Sampdoriya”nı 3 qolla qolla yenib və ikinciliklə kifayətlənib.
“Napoli” də darmadağına sevinib və mövsümü üçüncü pillədə başa vurub.
Beləliklə, çempion “Milan”, ikinci yerin sahibi “İnter”, "Napoli" (3) və "Yuventus" (4) İtaliyanı UEFA Çempionlar Liqasında təmsil edəcəklər. 5 və 6-cı pillələrdə qərarlaşan “Latsio” ilə “Roma” Avropa Liqasında mübarizə aparacaqlar. 7-ci olan “Fiorentina” gücünü Avropa Konfrans Liqasında sınayacaq.
“Kalyari” (30 xalla 18-ci), “Cenoa” (28 xalla 19-cu) və “Venesiya” (27 xalla 20-ci) isə A Seriyasını tərk edib.
İtaliya A Seriyası
38-ci tur
22 may
Spetsiya – Napoli 0:3
Qollar: Politano, 4. Zelinski, 25. Demme, 36.
İnter – Sampdoriya 3:0
Qollar: Perişiç, 49. Korrea, 55; 57.
Sassuolo – Milan 0:3
Qollar: Jiru, 17; 32. Kessye, 36.
Venesiya – Kalyari 0:0
Salernitana – Udineze 0:4
Qollar: Deulofeu, 6. Nesterovski, 34. Udoqie, 42. Pereyra, 57.
21 may
Cenoa - Bolonya 0:1
Qol: Berrou, 66.
Atalanta - Empoli 0:1
Qol: Stulaç, 79.
Latsio - Verona 3:3
Qollar: Kabral, 16, Anderson, 29, Pedro, 62 - Simeone, 6, Lazanya, 14, Xonqla, 76.
Fiorentina - Yuventus 2:0
Qollar: Dunkan, 45+1, Qonzales, 90+2, pen.
20 may
Torino - Roma 0:3
Qollar: Temmi Abraham, 33, 44. Lorentso Pelleqrini, 78 (p).