Futbol üzrə İspaniya La Liqasında mövsüm yekunlaşıb.
Fanat.Az xəbər verir ki, bazar günü son 7 matç keçirilib.
Çempionatın gümüş medallarını öncədən təmin edən “Barselona" “Kamp Nou”da “Vilyarreal”la uduzub. “Atletik Madrid” səfərdə “Real Sosyedad”ı, “Sevilya” isə evdə “Atletik”i üstələyib.
Beləliklə, uyğun olaraq ilk dörd pilləni tutan komandalar - “Real Madrid”, “Barselona”, “Atletiko Madrid” və “Sevilya” İspaniyanı Çempionlar Liqasında təmsil edəcəklər. 5 və 6-cı yerlərdə qərarlaşan “Real Betis”lə “Real Sosyedad” Avropa Liqasına vəsiqə qazanıblar. 7-ci olan “Vilyarreal” isə sözünü Konfrans Liqasında deməyə çalışacaq.
“Qranada” (38 xalla 18-ci), “Levante” (35 xalla 19-cu) və “Alaves” (31 xalla 20-ci) La Liqa ilə vidalaşmaq məcburiyyətində qalıblar.
İspaniya La Liqası
38-ci tur
22 may
Elçe – Xetafe 3:1
Qollar: Olaza, 37. Kike, 84; 90+2 – Ünal, 33.
Alaves – Kadis 0:1
Qol: Lozano, 76.
Qranada – Espanyol 0:0
Osasuna – Mayorka 0:2
Qollar: Anxel, 47. Qrenye, 83.
Barselona – Vilyarreal 0:2
Qollar: Pedrasa, 41. Qomes, 55.
Real Sosyedad – Atletiko Madrid 1:2
Qollar: Quridi, 90+3 – De Paul, 50. Korrea, 69.
Sevilya – Atletik 1:0
Qol: Mir, 68.
21 may
Valensiya - Selta 2:0
Qollar: Maksi Qomes, 28 - Araxuo, 60 - öz qapısına
20 may
Rayo Valyekano - Levante 2:4
Qollar: Alvaro Garsia, 18. Serxi Quardiola, 61-pen. - Qonsalo Melero, 26, 45. Rocer Marti, 44. Koke, 76.
Real Madrid - Real Betis 0:0