İtaliya A Seriyasında son tur ərəfəsində 2021/22 mövsümünün ən yaxşı futbolçuları müəyyənləşib.
Fanat.Az qurumun saytına istinadən xəbər verir ki, “Milan”ın fransalı qapıçısı Mayk Meynyan liqanın ən yaxşı qapıçısı seçilib. "Torino"nun braziliyalı futbolçusu Qleyson Bremer ən yaxşı müdafiəçi, "İnter"in futbolçusu Marselo Brozoviç isə ən yaxşı yarımmüdafiəçi seçilib.
Çiro İmmobile (Latsio) 27 qolla ən yaxşı hücumçu adına layiq görülüb. Hücumçu Viktor Osimhen (“Napoli”) də 23 yaşa qədər ən yaxşı oyunçu olub.
Emin