Köklü dəyişikliklərə hazırlaşan "Mançester Yunayted"i tərk edəcək daha iki futbolçunun adına aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, müdafiəçilər Erik Bayi və Aron Van-Bisaka yay fasiləsində klubu tərk edəcəklər.
Tanınan insayder Fabritsio Romano özünün "Twitter" səhifəsində bu barədə paylaşım edib.
Bundan əvvəl yeni baş məşqçisi Erik ten Haqın gəlişi ilə Pol Poqba, Edinson Kavani, Nemanya Matiç, Xuan Mata, Li Qrant, Cessi Linqard və Fil Consun "qırmızı şeytanlar"ı tərk edəcəyi açıqlanıb.
Erik Bayi Premyer Liqada bu mövsüm 4 oyun keçirib. Van-Bissaka da 20 oyunda meydana çıxıb.
Xatırladaq ki, “Mançester Yunayted” Premyer Liqanı 58 xalla altıncı yerdə başa vurub.
Mirağa