“Milan”ın hücumçusu Daniel Maldini İtaliya çempionu olmaqla tarixi uğura şahidlik edib.
Fanat.Az xəbər verir ki, bundan əvvəl onun atası Paolo Maldini və babası Çezare Maldini "rossonerlər"lə A Seriyasının qalibi olub.
20 yaşlı Daniel "Milan"ın yetirməsidir. İtaliyalı futbolçu bu mövsüm komandanın heyətində bütün yarışlarda 13 oyuna çıxıb, 1 qol vurub. Bu, Maldininin ilk çempionluq kubokudur.
53 yaşlı Paolo Maldini bütün futbolçu karyerasını (1985-2009) "Milan"da keçirib. Klubda 900 oyuna çıxan müdafiəçi 33 qol vurub və 43 məhsuldar ötürmə edib. Ata-Maldini komanda ilə 25 kubok, o cümlədən yeddi İtaliya çempionu titulunu qazanıb.
Çezare Maldini 1954-1966-cı illərdə "Milan"da çıxış edib, komandada 399 oyun keçirib. Baba-Maldini "Milan"da Çempionlar Liqasını və dörd A Seriyası kubokunu əldə edib.
Mirağa