“Liverpul” bu yay ilk transferini həyata keçirib.
Fanat.Az xəbər verir ki, Yürgen Kloppun komandası “Fulhem”in gənc forvardı Fabiu Karvalyu ilə müqavilə bağlayıb.
Bu barədə klubun rəsmi saytına açıqlama yayıb.
19 yaşlı portuqaliyalı hücumçu iyulun 1-dən “Liverpul”un düşərgəsinə qoşulacaq. Anlaşmanın detallarına gəlincə, "Liverpul" Karvalyuya ilkin olaraq 5 milyon funt-sterlinq ödəyəcək. Futbolçu əlavə bonuslarla birlikdə daha 2,7 milyon gəlir əldə edə bilər. "Fulhem" isə portuqaliyalının növbəti satışlarından 20 faizlik paya sahib olacaq.
Karvalyu son mövsümdə çempionşipdə 36 oyunda 10 qol vurub. O, Portuqaliyanın U-21 yığmasının üzvüdür.
Mirağa