Dortmund "Borussiya"sı daha bir futbolçunu transfer edib.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, Almaniya təmsilçisi "Köln"ün türk yarımmüdafiəçisi Salih Özcanı heyətinə qatıb.
Salih müddəti 30 iyun 2026-cı ilə qədər olan müqaviləyə imza atıb.
Almaniyanın aşağı yaş qruplarından ibarət millilərində forma geyinən Özcan sözügedən ölkənin U-21 yığması ilə Avropa çempionu olub. 24 yaşlı orta xətt oyunçusu bu ilin martında Türkiyənin əsas millisində debüt edib.
Nihat