"Valensiya"ya Moskva "Spartak"ının sabiq çalışdırıcısı Ruy Vitoriya başçılıq edə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "Plaza Deportiva" məlumat yayıb.
Mənbənin məlumatına görə, təcrübəli mütəxəssis İspaniya klubunun baş məşqçi vəzifəsinə əsas namizəddir. “Yarasalar”ın nümayəndəsi daha əvvəl Avropada işləmək arzusunu bildirən 52 yaşlı portuqaliyalı mütəxəssisin agentləri ilə əlaqə saxlayıb.
“Valensiya” rəhbərliyinin indiki baş məşqçi Xose Bordalasla fikir ayrılığı var. Bordalasla müqavilədə 1 milyon avrodan az məbləğ ödəməklə müqaviləni birtərəfli qaydada ləğv etməyə imkan verən bənd mövcuddur.
"Valensiya" İspaniya çempionatını 9-cu yerdə başa vurub. Eyniadlı şəhərin təmsilçisi İspaniya Kubokunun finalında uduzub. Başqa sözlə, "yarasalar" avrokuboklarda oynamayacaq.
Xatırladaq ki, Ruy Vitoriya 2021-ci ilin iyunundan dekabr ayına kimi “Spartak”ın baş məşqçisi olub.
Mirağa