"Real"ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının finalında "Liverpul"a qarşı keçirəcəkləri oyun barədə fikirlərini bölüşüb.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, italiyalı çalışdırıcı İngiltərə klubunun hücumçusu Məhəmməd Salahın ÇL-in 2018-ci ildə keçirilən finalında "Real"a məğlubiyyətin (1:3) qisasını almaq istəməsi barədə söylədiklərinə münasibət bildirib:
“Real” 1981-ci ildə, Parisdə keçirilən Avropa Çempionlar Kubokunun finalında “Liverpul”a uduzub. Deməli, biz də qisas almaq istəyiriк. Finaldakı oyunumuz qalib gəlməyə layiq olub-olmadığımızı göstərəcək. Fədakarlıq və motivasiya baxımından heç kim bizdən üstün deyil. Düşünürəm ki, qalib gəlmək üçün bu kifayət deyil, amma vacibdir. "Liverpul"a böyük hörmətimiz var, çox yaxşı komandadır. "Liverpul"a qarşı final oyunu üçün həyəcanlıyıq".
Qeyd edək ki, Çempionlar Liqasının finalı mayın 28-də Parisdə keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Nihat