İspaniya La Liqasının qalibi "Real Madrid"in qapıçısı Tibo Kurtua özünü dünyanın ən yaxşı qapıçılarından biri hesab edir.
Fanat.Az xəbər verir ki, ESPN belçikalı qolkiperin dediklərini belə çatdırıb:
“Bu, mənim uzun illər gördüyüm işdir. İki il ərzində əla səviyyədə olmuşam. Möhtəşəm seyvlər etdim. Bu, mənim ən yaxşı mövsümlərimdən biri idi.
Bəli, mən dünyanın ən yaxşılarından biriyəm, amma ən yaxşı olduğumu söyləmək çətindir”.
Xatırladaq ki, 30 yaşlı qapıçı 2018-ci ildən kral klubunun şərəfini qoruyur.
Emin