"Barselona" klubunun prezidenti Xuan Laporta İspaniya La Liqasından şikayətlənib.
Fanat.Az xəbər verir ki, Kataloniya klubunun rəhbəri maliyyə feyr-pleyi ilə bağlı narazılığını bildirib.
"Marca" Laportanın açıqlamasından sitat gətirib: "La Liqa digər ölkələrlə müqayisədə fərqli feyr-pley qaydalarına malikdir. İspaniyada maliyyə qaydaları çox sərtdir. Digər ölkələrlə müqayisədə tələbkarlıq yüksəkdir. Bu, düzəldilməli olan bir qüsurdur. Amma biz maneələri dəf etməyə öyrəşmişik”.
Xatırladaq ki, bir müddət əvvəl “Forbes” jurnalı dünyanın ən bahalı futbol klublarının reytinqini tərtib edib. Kataloniya klubu ümumi sərvəti 4,76 milyard avro ilə reytinqin lideri olub.
"Barselona" 73 xalla çempionatı ikinci yerdə başa vurub.