"Mançester Yunayted"in yeni baş məşqçisi Erik ten Haq hədəflərindən bəhs edib.
Fanat.Az xəbər verir ki, "Manchester Evening News" niderlanlı mütəxəssisin dediklərini belə çatdırıb:
“Bura gəlişim “Mançester Yunayted”i yenidən zirvəyə çatdırmaq üçündür. Amma indiki vəziyyəti də qəbul etməliyik.
Klubun yeri Çempionlar Liqasındadır, ona görə də bu turnirə qayıtmaq ilk hədəfimiz olacaq".
Xatırladaq ki, "qırmızı şeytanlar" İngiltərə Premyer Liqasında 2021-2022-ci illər mövsümünü 6-cı pillədə başa vurublar.
Emin