12:23 26.05.2022 628

Yürgen Klopp: \"Məzar daşıma bunun yazılmasını istəyərdim...\" - MÜSAHİBƏ

Yürgen Klopp 2015-ci ildə Dortmund "Borussiya"sını "Liverpul"a dəyişib və "qırmızılar"ı tez bir zamanda yüksək səviyyəyə qaldırmağı bacarıb.

Hazırda "Liverpul" 2017/18 mövsümünün həlledici matçında məğlub olduğu "Real Madrid"lə qitənin ən nüfuzlu klub turnirinin finalında oynamağa hazırlaşır.

Fanat.Az xəbər verir ki, UEFA-nın rəsmi saytına eksklüziv danışan 54 yaşlı mütəxəssis finallarda qazandığı təcrübələrdən və həyatındakı ən vacib şeylərdən danışıb.

2018-ci ilin finalında "Real Madrid"ə məğlubiyyəti haqda:

"İlk növbədə onu deyim ki, bu, yüksək səviyyəli klubdur. Həz zaman qalib gəlməyi bacarır. 2018-ci ildə qarşılaşdığımız komandanın onurğa sütunu, xüsusilə, güclü yarımmüdafiəsi hələ də var.  Bir çox aspektlərdə heç nə dəyişməyib. Hücumda artıq Kriştianu Ronaldu yoxdur, lakin Kərim Benzema hələ də iş başındadır. Gənc braziliyalı futbolçular - Vinisius Junior və Rodriqo çox şeyi müəyyənləşdirməyə qadirdir.

Finalda oynamaq təcrübəsinin olması əladır. Mən bunu 2019-cu ildə “Tottenhem” üzərində qələbədən sonra demişdim. Finalda qalib gəlməyi öyrəndik və bunu bacardıq. Təkcə Çempionlar Liqasında deyil, bəzi digər turnirlərdə də qalib gəldik. Daha təcrübəli olduq. Bu, yəqin ki, yaxşı əlamətdir".

"Liverpul"un qisas almaq istəyi olub-olmaması ilə bağlı:

“Real Madrid”lə qarşılaşdıq və məğlub olduq. Hansı reaksiyanı gözləyirsiniz? Digər gülməli məqam odur ki, biz 2018-ci ildə Kiyevdə Madrid təmsilçisinə uduzduq və bir ildən sonra Madriddə Çempionlar Liqasının qalibi olduq. İndi yenidən “Real”la qarşılaşırıq.

Əlbəttə, belə bir hiss var ki, bu dəfə hər şeyi düzgün etməliyik. Amma bu, əsas fikirdən uzaqdır. Qisas, intiqam və bu kimi başqa şeylər bizim düzgün işləməyimizə mane olar. Bu, bizlik deyil. Finala tam fərqli şəkildə çıxmalıyıq. Biz öz üslubumuza sadiq qalmalıyıq". 

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti haqqında:

"Bu yaxınlarda onun karyerası ərzində çalışdırdığı hücumçuların siyahısını gördüm. Dərhal düşündüm ki, görəsən elə bir dünya səviyyəli forvard varmı ki, onunla işləməsin? Bu, inanılmazdır və deməliyəm ki, o, çox xoşbəxt bir insandır. Komandalarını böyük işlərə ruhlandıran, çox uğurlu mütəxəssisdir. Bəli, o, əla oğlandır".

"Liverpul"dakı mirası barədə:

"İnsanların mənim haqqımda nə düşündüyünü bilmirəm. Klub üçün etmək istədiyim şey mən gedəndən sonra da davam edəcək bir sistem və mədəniyyət yaratmaqdır. Məsələ ondadır ki, düzgün qayda və mədəniyyət insanlardan yox, klubdan asılı olmalıdır. Hər şey qaydasındadırsa, deməli, işlər düzgün aparılır və gələcəkdə bundan istifadə etmək lazımdır. Bu qədər. Əslində bu, mənim məqsədimdir və yalnız bu yolla nəsə qazana bilərik.

İnsanlar məndən heç vaxt futbol klubunda hansı mirası qoyub getmək istədiyimi soruşmayıblar. Bunun əvəzində məndən məzar daşımda hansı yazı olmasını istədiyimi soruşublar. Düzünü desəm, məzarımda qısaca "o, yaxşı oğlan idi" yazılmasını istərdim. Məncə, kifayət edər. Bu, mənim yeganə əsl narahatçılığımdır. Uğur qazanmaq üçün özümü həlak etmək fikrində deyiləm. Əvvəllər də belə olmayıb, gələcəkdə də olmayacaq".

Emin

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 Aprel 2024
11:05

ÇL: Həftənin ən yaxşısı adına namizədlər bilindi

10:44

AL: Yarımfinalçılar müəyyənləşir

10:25

"Premyer Liqada iştirakımıza mane olacaq heç bir əngəl yoxdur" - "Zaqatala"nın baş məşqçisi

10:06

İddiaçılar Turniri: Nicat Abasov yenə uduzdu

09:45

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

09:23

"Bayer"in ilk yay transferi bilindi

09:00

BOStan, yoxsa idman qurğusu?

01:52

ÇL: "Bayern"lə "Real" yarımfinalda 

17 Aprel 2024
23:45

Qurban Qurbanov Moskva "Spartak"ında?

20:18

Mbappe İbrahimoviçə çatdı

19:30

Almaniya nəhəngi Fyürixi, o isə bu klubu istəyir

18:40

Premyer Liqa nəhəngləri Bundesliqa klubunun oyunsuna elçi düşdülər

17:59

"İmişli" Lozannadakı məhkəməyə şikayət edəcəkmi?

17:35

Romario 58 yaşında karyerasını bərpa etdi: "Arzumu yerinə yetirməyi hədəfləmişəm"

17:18

"Real"dan zəng gələndə iki dəfə fikirləşmədim" - Cud Bellingem

16:59

18-ci turun oyununa külli miqdarda pul yatırıldı - Azərbaycanda

16:44

Noyer və Zane "Arsenal"a qarşı oynaya biləcəklərmi? - Açıqlandı

16:21

"Fulhem"in futbolçusu "Beşiktaş"a keçir - SON DURUM

16:03

"Real"ın futbolçusu Messinin komandasına keçə bilər

15:31

"Tuxelin çempion ola bilməməsinin yeganə səbəbi budur" - Oliver Kan

15:12

"Hər şeyi masanın üstünə qoymağa hazırıq" - Tomas Tuxel

14:55

"Hakim penalti təyin etməli idi" - İlkay Gündoğan 

14:37

"Arsenal" forvardını satmağa qərar verdi - Bu qiymətə

13:43

"Çempionluq şanslarımız çox azdır"- "Karvan"ın rəsmisi 

13:20

Kata üzrə Azərbaycan birinciliyi keçiriləcək - İlk dəfə

13:01

"Atletiko"nu mübarizədən kənarlaşdırmağı haqq edirdik" - Edin Terziç

12:44

"13 ildi görmədiyim şeyə şahid oldum" - PSJ-nin prezidenti

12:26

"Real" "Siti" qədər güclü deyil"

12:09

"70 dəqiqə 10 nəfərlə oynamaq çətindir" - Jül Kunde

11:51

"Barselona" ilk dəfə belə vəziyyətlə üzləşdi

11:33

"Atletiko" 19 il idi ki, bu günə düşmürdü

11:18

"60-a yaxın lisenziyalaşdırma meyarını yerinə yetirmişik" - "İmişli"nin icraçı direktoru

10:57

"Barselona"nın ABŞ-yə yolu bağlandı - SƏBƏB

10:02

Almanlar "Atletiko"nu yarımfinala buraxmadı - VİDEO

09:44

PSJ "Barselona"nı belə şoka saldı - VİDEO

09:23

Vitali Borisov vaxt istəyir: "Bu gün daha yaxşı oynadıq"

09:00

"Bayer" ulduz futbolçusu ilə yollarını ayıracaq - Klub funksioneri açıqladı

01:01

ÇL: PSJ və "Borussiya" yarımfinalda

16 Aprel 2024
22:35

Millimiz gürcülərlə yenə bacarmadı

20:30

Amrabat İtaliyaya qayıdacaq - "Fiorentina"ya yox, bu kluba

Facebookdan bizi izləməyi unutmayın.
X