Kompani istefa verdi

Kompani istefa verdi

"Anderlext"in baş məşqçisi Vensan Kompani postunu tərk edib.

Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Belçika millisinin sabiq futbolçusu vəzifəsindən öz istəyi ilə ayrılıb.

Daha öncə 36 yaşlı mütəxəssisin İngiltərənin "Börnli" klubu ilə danışıq apardığı barədə informasiyalar yayılıb.

Kompani 2020-ci ildən "Anderlext"ə başçılıq edirdi.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər