"Milan"ın hücumçusu Zlatan İbrahimoviç əməliyyat olunub.
Fanat.Az xəbər verir ki, dünən sol dizindən əməliyyat olunan 40 yaşlı isveçli ulduz futbolçu 7-8 ay yaşıl meydanda görünməyəcək.
Daha əvvəl hücumçunun peşəkar səviyyədə çıxışını davam etdirmək istədiyi, lakin hələlik yekun qərar vermədiyi bildirilirdi. Mətbuatda "Milan"ın İbrahimoviçə 2,5 milyon avro ödəməyə hazır olduğu barədə məlumatlar yayılıb.
Futbolçu karyerasını bitirəcəyi halda dünyasını dəyişən meneceri Mino Rayolanın şirkətində işə başlaya bilər.
Xatırladaq ki, sonuncu dəfə 2010/2011 mövsümündə İtaliya çempionu olan “Milan”ın hücumçusu bu mövsüm yenidən A Seriyasını qazanıb.
Mirağa