"Yuventus"dan azad agent kimi ayrılan Paulo Dibala yaxın saatlarda "İnter"lə müqavilə bağlayacaq.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış idman jurnalisti Nikolo Skira özünün "Twitter" səhifəsində paylaşım edib.
Mənbənin məlumatına görə, argentinalı futbolçunun agenti İtaliya vitse-çempionunun nümayəndələri ilə görüşəcək və tərəflər müqavilə bağlayacaqlar.
28 yaşlı Dibala 2015-ci ildə "Yuventus"a keçib. O vaxtdan bəri hücumçu komandanın heyətində 293 oyunda 115 qol vurub və 48 məhsuldar ötürmə edib. Dibala həmçinin Turin klubunda beş A Seriya turniri, dörd İtaliya Kuboku və üç Super Kubok qazanıb.
Mirağa