Konfrans Liqasının ilk qalibi kimi tarixə düşən İtaliyanın “Roma” klubu həm də bu yarışda qeyri-adi göstərici ilə yadda qalıb.
Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi turnirin bütün oyunlarında qol vuran ilk klub olub.
Joze Mourinyunun yetirmələri son avrokubok mövsümündə 15 oyun keçirib.
"Roma" 2022/2023 mövsümündə Avropa Liqasında iştirak edəcək.
Qeyd edək ki, mayın 25-də keçirilən Konfrans Liqasının final oyununda “Roma” və “Feyenoord” komandaları üz-üzə gəlib. Tiranada (Albaniya) keçirilən həlledici görüşdə italiyalılar güclü olub – 1:0. "Roma"nın qələbə qoluna 32-ci dəqiqədə Nikolo Dzanyolo imza atıb.
Mirağa