"Arsenal" müdafiəçisi Vilyam Salibaya yeni müqavilə təklif etməyi planlaşdırır.
Fanat.Az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano “Twitter” səhifəsində paylaşım edib.
Mənbənin məlumatına görə, baş məşqçi Mikel Arteta və komandanın texniki direktoru Edu 21 yaşlı futbolçunu “topçular”ın gələcəyi hesab edirlər.
Saliba 2019-cu ilin yayında "Arsenal"a keçib. Ancaq o, üç il ərzində "Sent-Etyen", "Nitsa" və "Olimpik Marsel" klublarında icarə əsasında çıxış edib. Gənc müdafiəçi 2021/22 mövsümündə Marsel klubunun heyətində bütün yarışlarda 51 matçda meydana çıxıb.
Mirağa