"Mançester Yunayted" "Layptsiq"in yarımmüdafiəçisi Kristofer Nkunkunu heyətinə qatmaqda israrlıdır.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Ekrem Konur yayıb.
Mənbə "qırmızı şeytanlar"ın 24 yaşlı futbolçu üçün qarşı tərəfə 70 milyon avro ödəməyə hazır olduğunu açıqlayıb.
Bu mövsüm bütün turnirlərdə 51 oyuna çıxan Nkunku 35 qol və 20 məhsuldar ötürmə ilə yadda qalıb. O, mövsümün yekunlarına əsasən, Almaniya Bundesliqasının ən yaxşı futbolçusu seçilib.
Nihat