"Real Madrid"in italiyalı baş məşqçisi Karlo Ançelotti Konfrans Liqasının finalında "Roma"nın qələbəsinə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, 63 yaşlı mütəxəssis "Twitter" hesabında ötən gün baş tutan həlledici qarşılaşmada Niderlandın "Feyenoord" klubunu məğlub edərək (1:0) turnirin tarixinə ilk çempion kimi düşən "canavarlar" barədə "Sehrli romalıları təbrik edirəm" sözlərini yazıb.
Complimenti Magica Roma. //t.co/aJdPHk7gCB
— Carlo Ancelotti (@MrAncelotti) May 25, 2022
Qeyd edək ki, Karlo Ançelotti futbolçu karyerasında 1979-cu ildən 1987-ci ilə qədər "Roma" klubunun şərəfini qoruyub. Onun başçılıq etdiyi "Real Madrid" Çempionlar Liqasının mayın 28-də keçiriləcək final matçında "Liverpul"la qarşılaşacaq.
Emin