"Bayer Leverkuzen" hücumçusu Patrik Şiklə müqaviləni yeniləyib.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Çexiyalı futbolçunun sözləşməsinin müddəti 2027-ci ilin yayına qədər uzadılıb.
Qeyd edək ki, 26 yaşlı forvard 2020-ci ildən Bundesliqa təmsilçisinin şərəfini qoruyur.
Emin