"Milan"ın hücumçusu Zlatan İbrahimoviç zədəsinin təfərrüatlarını açıqlayıb.
Fanat.Az xəbər verir ki, dünən əməliyyat olunan və 7-8 aylıq sıradan çıxan 40 yaşlı isveçli ulduz fikirlərini özünün sosial şəbəkə hesabında paylaşıb:
“Son altı ayda sol dizimdə ön çarpaz bağ olmadan oynayırdım. Altı ay ərzində diz şişdi. Mən son yarım il ərzində cəmi on dəfə komanda ilə məşq edə bilmişəm, bu müddət ərzində 20-dən çox iynə vurmuşam.
Altı ay ərzində həftədə bir dəfə olmaqla, dizimə yığılan mayeni çəkirdilər. Ağrıdan yata bilmədiyim üçün hər gün ağrıkəsici qəbul edirdim. Meydanda və meydandan kənarda heç vaxt bu qədər əziyyət çəkməmişəm. Mən mümkün olmayanı bacardım.
Mənim yalnız bir məqsədim var idi - komanda yoldaşlarımı və məşqçilərimi İtaliya çempionu etmək, çünki onlara söz vermişəm.
Bu gün mənim yeni çarpaz bağım və daha bir kubokum var”.
Mirağa