Futbol üzrə İngiltərə Premyer Liqasında 2021/22 mövsümünün ən yaxşı məşqçisi müəyyənləşib.
Fanat.Az liqanın rəsmi saytına istinadən xəbər verir ki, bu ada “Liverpul”u çalışdıran Yürgen Klopp layiq görülüb.
Qalib azarkeşlər və futbol ekspertləri arasında aparılmış sorğu nəticəsində müəyyənləşib.
Qeyd edək ki, "Liverpul"un alman mütəxəssisin rəhbərliyi altında 2021/22 mövsümünün gümüş mükafatçısı olub və UEFA Çempionlar Liqasının finalına yüksəlib. “Liverpul” həlledici görüşdə Madrid “Real”ı ilə qarşılaşacaq.